Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb

13 İyun 2018 18:38 (UTC+04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qonşu Gürcüstan respublikasına rəsmi səfəri davam edir.

Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gürcüstanın Marneuli şəhərində olub və Komitə sədri bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb. Onlarla soydaşımızın iştirak etdiyi görüşdə onları maraqlandıran bir çox məsələlər müzakirə olunub. Fuad Muradov əlilliyi olan şəxlərin vəziyyəti ilə maraqlanıb və onların bir qrupuna müasir tipli əlil arabaları bağışlayıb. Arabalar Əlillər Cəmiyyətinin sədri Rövşən Əliyevə təqdim edilib. Bundan başqa Fuad Muradov azərbaycanlı gənclərin təhsil alma imkanları, müasir biliklərə yiyələnmək üçün onlara yaradılan şəraitlə maraqlanıb. Bir qrup gəncə kompüterlər hədiyyə edilib. Komitə sədrinin Gürcüstana səfəri davam edir.