"Bu, dünyanın əsas idman hadisəsidir" - İlham Əliyev

13 İyun 2018 16:42 (UTC+04:00)

Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvadakı zamanını maraqlı keçirəcək.

Rusiya Prezidenti Vladimir Putin bu sözləri Azərbaycan prezidenti ilə Kremldə görüşü zamanı deyib.

"Ümid edirəm ki, siz Moskvadakı zamanınızı maraqlı və faydalı keçirəcəksiniz. Maraqlı olacağını ona görə deyirəm ki, oyun gözəl keçəcək, faydalı olacağını isə digər ölkələrdən gələn həmkarlarınızla danışıqlar aparmaq və tanış olmaq imkanınızın yarandığına görə deyirəm", - deyə o bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində Putini 12 iyunda qeyd edilən Rusiya Günü və dünya çempionatına hazırlığın uğurla başa çatdırılmasına görə təbrik edib:

"Bu, dünyanın əsas idman hadisəsidir. Əminəm ki, çempionat uğurlu olacaq və bütün qonaqlar razı qalacaqlar".

Axar.az