Avtomobil qaçıran şəxs saxlanıb

13 İyun 2018 16:27 (UTC+04:00)

Avtomobil qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 11-də Göygöl rayonunun Qızıl Qaya qəsəbəsindən Gəncə şəhər sakini İbrahim Xudiyevə məxsus "VAZ-2107" markalı avtomobil qaçırılmışdır.Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Elvin Məmmədov saxlanılmışdır. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.