Bakıda qətl törədilib

13 İyun 2018 16:22 (UTC+04:00)

Bakı şəhər sakini Rəşad Hüseynov bıçaqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilmişdir. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılmışdır. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülmüşdür.