Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi iftar süfrəsi təşkil edib

13 İyun 2018 14:20 (UTC+04:00)

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi hər il davam etdirdiyi ənənəyə sadiq qalaraq bu Ramazan ayənda da iftar süfrəsi təşkil edib. "OLAYLAR" xəbər verir ki, tədbirdə təşkilat üzvləri, Qarabağ qaziləri, QHT sədrləri, media nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Təşkilatın sədri Ramiq Vəliyev qonaqları salamlayaraq Ramazan ayı münasibətilə təbrik edib, təşkilatın bu günə kimi keçirdiyi tədbirlər haqqında məlumat verib. Təşkilatın ateizm, xurafat əleyhində keçirdiyi konfransların əhəmiyyətini vurğulayıb, gənclərin milli-mənəvi ruhda yetişdirilməsinin əhəmiyyətinə diqqət çəkib. Gedərək artmaqda olan əxlaqi degenerasiyanın qarşısının alınmasının yalnız maarifləndirmə yolu ilə mümkün olduğunu qeyd edib.

Ramiq Vəliyev Qarabağ qazilərinin tədbirdə iştirakının önəmini qeyd edib onlara dərin minnətdarlığını bildirib. Qonaqlar təşkilatın gördüyü işləri yüksək qiymətləndirmiş və gələcək fəaliyyətlərdə də uğurlar arzu ediblər.