Güneyli fəala 7 ay həbs cəzası verildi – Hökm

10 İyun 2018 19:59 (UTC+04:00)

Güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Təbriz İnqilab Məhkəməsinin çıxardığı qərarla 7 ay müddətinə azadlıqdan məhrum edilib. Təbriz Məhkəməsinin qərarı Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Fəalın milli təhlükəsizlik əleyhinə sözləşmə və toplaşma kimi saxta ittihamla üzləşdiyi bildirilir.

Qeyd olunur ki, azərbaycanlı fəal 2018-ci il yanvarın 1-də Təbrizdə saxlanılıb. O, bundan əvvəl virtual məkanda apardığı fəaliyyətə görə Təbriz İnqilab Məhkəməsinin II şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib, hazırda həmin işə də Şərqi Azərbaycan Apelyasiya Məhkəməsində baxılır. Teleqraf.com