Zidan Fransa millisini çalışdıra bilər

16 May 2018 20:34 (UTC+04:00)

"Real"ın baş məşqçisi Zinəddin Zidan Fransa millisini çalışdıra bilər.

Fransa Futbol Federasiyası 45 yaşlı mütəxəssislə maraqlanır. Madrid klubundakı karyerasının sona yaxınlaşdığını düşünən Z.Zidanın yığmada işləməyə müsbət baxdığı bildirilir.

Qeyd edək ki, Fransa millisinin hazırkı baş məşqçisi Didye Deşamın DÇ-2018-dən sonra yığmadan ayrılacağı gözlənilir.

Qol.az