Azərbaycanla Türkiyə arasında reyslərin sayı 3 dəfə arta bilər

16 May 2018 18:24 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, 24 aprel 2018-ci il tarixində Türkiyədə keçirilən Aviasiya üzrə Beynəlxalq Konfransda iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər. Hazırda hava əlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya hakimiyyətləri tərəfindən öyrənilir.

Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycanla Türkiyə mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.

Trend.az