Rus aktyor Türkiyə vətəndaşı oldu, əsgər getdi

16 May 2018 18:55 (UTC+04:00)

Məşhur rusiyalı aktyor Andrey Polyanin Türkiyə vətəndaşlığı alıb.

Kult.az xəbər verir ki, əvvəllər Türkiyə film sektorunda "Elin oğlu", "Qalx gedək", "Krımlı" kimi filmlərdə rol alan Polyaninin hətta Türkiyədə hərbi xidməti də başa vurduğu məlum olub.

"Türkiyə mənim ikinci vətənimdir. Lazım olarsa, heç düşünmədən cəbhəyə də gedərəm. Məhmətçiklə çiyin-çiyinə savaşaram", - aktyor bildirib.

Lent.az