“Superman”in sevgilisi vəfat etdi

16 May 2018 18:19 (UTC+04:00)

"Superman" serialında Luis Leyn xarakterini canlandıran kanadalı aktrisa Marqot Kidder vəfat edib.

69 yaşlı aktrisa ABŞ-ın Montana ştatındakı evində dünyasını dəyişib. 

Marqot 1970 və 1980-ci illərin məşhur "Superman" filmlərində (4 seriya) film qəhrəmanının platonik sevgilisi, jurnalist Luis Leyn obrazını canlandırmışdı.

Kanadalı aktrisa şöhrət əldə etdikdən sonra psixoloji problemlərlə üzləşmişdi. 1996-cı ildə isə yoxa çıxaraq mətbuatın gündəminə çevrilmişdi.

Olke.az