Mavi almaz rekord qiymətə satıldı

16 May 2018 19:00 (UTC+04:00)

İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda mavi almaz satışa çıxarılıb.

Son 300 ili avropalı əsilzadələrin əlində dolaşan almaz 6.7 milyon dollara satılıb.

"Sotheby's" hərrac evində satışa çıxarılan mavi almaz İspaniya kralı V Filipp tərəfindən 1715-ci ildə evləndiyi Parma hersoginyası Elizabet Farneseyə toy hədiyyəsi kimi verilib.

3 əsr İspaniya, Fransa, İtaliya və Avstriya əsilzadələrinin sahib olduğu 6.1 karatlıq almazın kim tərəfindən alındığı bilinmir.

Qeyd edək ki, bu almaz Hindistandakı Qolkonda mədənindən çıxarılıb.

Olke.az