Putin: “Rusiyanın hərbi gəmiləri Aralıq dənizində daimi qalacaq”

16 May 2018 18:02 (UTC+04:00)

"Kalibr" qanadlı raketlərlə silahlanmış Rusiyanın Hərbi-Dəniz Donanmasının gəmiləri daimi döyüş növbəsi çəkəcəklər.

Bu haqda Müdafiə Nazirliyi və hərbi-sənaye kompleksinin rəhbərliyi ilə müşavirədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, son illər ərzində Hərbi-Dəniz Donanması qarşısında qoyulan məsələlərin həcmi gözəçarpacaq dərəcədə artıb, Aralıq dənizi, Şimali Atlantika və Asiya-Sakit okeanı regionu olmaqla coğrafiya xeyli genişlənib.

Publika.az