Yerevan qaynayır: Meriya tutuldu, küçələr bağlandı - VİDEO

16 May 2018 16:55 (UTC+04:00)

İctimai fəal Vaçe Qəribyanın rəhbərliyi altında Yerevan meriyasının binasına zorla daxil olan etirazçılar mer Taron Markaryanın istefasını tələb etməkdə davam edirlər.

Meriya ilə bərabər, Yerevanda bir sıra əsas küçələr də etirazçılar tərəfindən bağlanıb. Küçələri bağlayan etirazçılar "Sasna Tsrer" qrupunun həbsdəki üzvlərinin azadlığa buraxılmasını istəyiblər.

Aksiyalara qrupun həbsdəki üzvlərinin qohumları da qoşulublar. Onlar həbsdə olan qrup üzvlərinin azadlığa çıxmayacağı təqdirdə etirazların coğrafiyasını genişləndirəcəklərini açıqlayıblar.

Qeyd edək ki, bu gün Yerevanda "Sasna Tsrer" işi üzrə məhkəmə iclası keçirilir.

Virtualaz.org