Oğrunun digər əməlləri ifşa edilib

16 May 2018 16:06 (UTC+04:00)

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər əməlləri aşkar edilib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Vüsal Mikayılovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 21-dən cari il yanvarın 18-dək olan müddətdə rayon ərazisində 2 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Eyni zamanda, oğurluq etdiyinə görə tutulmuş Həsənqulu Qurbanovun ətrafında Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun cari il martın 6-da rayon ərazisində "VAZ-2112" markalı avtomobildən 3500 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.