Avtoqəzada sürücü dünyasını dəyişib

16 May 2018 16:04 (UTC+04:00)

Tərtər şəhərinin ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 15-də saat 17 radələrində Tərtər şəhərinin ərazisində şəhər sakinləri Mehdi Mustafayevin və Mehman Əsədovun idarə etdikləri iki "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Əsədov orada ölmüşdür.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.