Avtomobil qaçıran şəxs ələ keçib

16 May 2018 16:02 (UTC+04:00)

Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 15-nə keçən gecə Binəqədi rayonu ərazisindən Sumqayıt şəhər sakini Təvəkkül Cəfərova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılmışdır. DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətləri, Bakı ŞBPİ DYPİ və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən, Bakı şəhər sakini olan bir yeniyetmə avtomobillə birlikdə saxlanılmışdır.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.