İçərişəhərin qala divarlari UÇMA TƏHLÜKƏSİ YAŞAYIR – Video

8 May 2018 10:06 (UTC+04:00)

 

Xalq qarasında "Qala" və ya sadəcə, "Qədim şəhər" kimi tanınan İçərişəhərin qala divarları su sızması nəticəsində acınacaqlı vəziyyətdədir. Bu, qrunt sularıdır.

Şəhər sakinləri deyir ki, əvvəllər İçərişəhərdə su quyuları olub. Sonradan quyuların üstü örtülüb. Bundan sonra qrunt suları üzə çıxmaq üçün başqa yollar tapıb və qala divarlarından çıxıb.

Xatırladaq ki bir neçə il əvvəl təmir işləri aparılan İçərişəhərdə qəmbər daşları ilə döşənmiş küçələri qazıb, yollara sənaye üsulu ilə hazırlanan daşlar düzülüb. Qüsurlu təmir nəticəsində su hidratlarının əksəriyyətinin üzəri qapadılıb.

O zaman qazıntı işləri kobud şəkildə aparıldığından qədim binalar erroziyaya uğrayıb.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən sadəcə onu bildirdilər ki problemdən məlumatlıdırlar.

Yaranmış acınacaqlı vəziyyətlə bağlı danışan paytaxt sakinlər tarix-memarlıq abidəsinin qorunmasını arzuladılar.

Bizimyo.info