“Gmail” elektron poçt xidmətində "avtomatik silinən" məktublar əlçatan olacaq

16 Aprel 2018 19:00 (UTC+04:00)

"Gmail" elektron poçt xidmətinin yeni veb-versiyasında istifadəçilər müəyyən müddətdən sonra özü silinən məktublar göndərmək imkanına malik olacaqlar. Oxşar funksiya bəzi başqa poçt xidmətlərində (məsələn, "ProtonMail") də mövcuddur.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, məktubu göndərən taymeri həftə, ay və ya hətta bir neçə il üzrə təyin edə bilər. Həmçinin elektron məktubu parol və ya SMS mesaj üzrə pin-kodla qorumaq mümkün olacaq.

ABŞ şirkətinin mühəndisləri 9 may tarixində Mauntin-Vyuda start götürəcək "Google I/O" konfransında bu haqda daha ətraflı məlumat verəcəklər.