Silsilə oğurluqla məşğul olan keçmiş məhkum saxlanıb

16 Aprel 2018 15:11 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 9-dək olan müddətdə rayon ərazisindəki 3 avtomobildən və 1 evdən pul, 2 ədəd mobil telefon, qızıl boyunbağı və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Cəlilov saxlanılıb.