Yol-nəqliyyat hadisəsi törədən saxlanıb

16 Aprel 2018 15:10 (UTC+04:00)

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Əli Baxşızadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Honda" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Samir Muradov saxlanılıb.