"Elə bil evlərində xalat geyinmirlər" - Ərini müdafiə etdi

18 Mart 2018 17:04 (UTC+04:00)

Aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişində ötən gün efirə hamam xalatında çıxıb. Onun bu addımı sosial şəbəkədə tənqid edilib.

Zaurun aparıcı həyat yoldaşı Günay Baxşəliyeva tənqidlərə münasibət bildirib:

"Bir xalat geyindin, hamı söz etdi. Elə bil evlərində xalat geyinmirlər".

Zaur isə "Yazıq mənim nəslim-köküm. Məşhur olmağım onların başına bəladır. Bir şey olan kimi nəslimə söz deyirlər" sözlərini söyləyib. Axşam.az