“WhatsApp” messencerində mesajları silmək funksiyası təkmilləşdirilib

13 Mart 2018 18:35 (UTC+04:00)

İndi həmsöhbətin qurğusundan mesajı 68 dəqiqə ərzində silmək mümkündür. "WhatsApp" istifadəçilərinə arzuolunmaz mesajı silmək üçün daha çox vaxt verilib. Messencerin tərtibatçıları bu funksiyanı təkmilləşdiriblər. "WhatsApp"ın ən son beta-versiyası artıq yükləmə üçün əlçatandır.

"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, əvvəllər mesajı göndərmə anından 8 dəqiqə 32 saniyə ərzində silmək mümkün idi. İndi isə həmsöhbətin qurğusundan ona göndərilmiş mesajı 1 saat 8 dəqiqə ərzində silmək olar. "WhatsApp" messencerinə mesajları silmək funksiyası ilk dəfə 2017-ci ilin payızında tətbiq edilib.