"Leyli və Məcnun" Gəncədə

13 Fevral 2018 18:50 (UTC+04:00)

Gəncə şəhər icra hakimiyyəti və Gəncə Dövlət Filarmoniyası ilə Opera və Balet Teatrının birgə layihəsi - Üz.Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, tamaşa ilk milli operamızın 110 illiyinə həsr olunub.

Rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi və Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın idarə etdiyi tamaşada solistlər - Xalq artisti Mənsum İbrahimov (Məcnun), gənc və istedadlı müğam ustası Arzu Əliyeva (Leyli), Əməkdar artistləri Cahangir Qurbanov (Nöfəl), Təyyar Bayramov (İbn-Səlam), Xalq artisti Sabir Əliyev (Şeyx), solistlər Afaq Ağayeva (Məcnunun anası), Elnur Zeynalov (Məcnunun atası), Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Nəzər Bəylərov (Zeyd) və Vüqar Əliyev (Şeyx) çıxış edirdilər. Yeni filarmoniya binasının hər cür texniki vasitələr və qurğularla təmin edilməsi tamaşanı, əsas səhnədə (Opera və Teatrının səhnəsində) olduğu kimi göstərməyə imkan verirdi. 

Tamaşada iştirak edən Gəncə şəhər icra, hakimiyyətinin başçısı Elmar Vəliyev, Filarmoniyanın direktoru Xalq artisti Samir Cəfərov pərdə arxasına gələrək sənətçiləri təbrik etdilər və təşəkkürlərini bildirirdilər, qastrol səfərlərinin davamlı olmasını alqışladılar.