"Yaxşı olub ərini həbs ediblər" - Elgizdən Zenfiraya

13 Fevral 2018 19:38 (UTC+04:00)

"Səhər-səhər" verlişinə qonaq olan müğənni Zenfira İbrahimova idmançı həyat yoldaşı Anar Heybətovun həbsindən danışıb.  Məlumata görə, aparıcı Elgiz Əkbər sənətçiyə bununla bağlı suallar ünvanlayıb. Zenfira bildirib ki, əri 20 gün həbsxanada qalıb:
"Həyat yoldaşım birinci dəfə 20 günlük həbs olundu. Sürət həddini aşaraq qanuna qarşı gəlmişdi. Elə yaxşı edib, onu həbs etdilər. Gərək ona elə 1 il həbs verərdilər. Amma ikinci dəfə yayılan həbs xəbəri yalan idi".

E.Əkbər isə müğənniyə "Yaxşı olub həbs ediblər, xətrinə dəyməsin. Kim olur-olsun, qanun pozan gözümün düşmənidir" sözlərini deyib. Axşam.az