İnsan beyninin fəaliyyətini imitasiya edən çip yaradılıb

13 Fevral 2018 19:12 (UTC+04:00)

Kompüter yaxın gələcəkdə insanın baş-beyninin fəaliyyətini imitasiya edə biləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, alimlərin fikrincə, insan beyninin fəaliyyətini imitasiya edən kompüter süni intellektin inkişafını gücləndirməyə kömək edəcək. ABŞ-ın Massaçusets ştatının mütəxəssisləri tərəfindən hazırlanan texnologiyanı belə kompüterin yaradılmasında növbəti addım hesab etmək mümkündür.

Məlumata görə, "Kik Riken" superkompüteri 1,74 milyard neyronun və 10,5 trilyon sinapsın aktivliyinin 1 saniyəsinin modelləşdirilməsi üçün 40 dəqiqə sərf edib ki, bu da insan beynində baş verən əməliyyatların yüzdə bir hissəsinə bərabərdir.

ABŞ mütəxəssisləri tərəfindən fəaliyyəti beyin hüceyrələrinin təsiri prinsipinə əsaslanan neyromorf çip təqdim olunub. Çipin germanium sinapslardan keçən elektrik cərəyanının gücü neyron birləşmələrində ionların axınına oxşar şəkildə tənzimlənir.