Toy evində TÜKÜRPƏDİCİ OLAY - (VİDEO-FOTO)

13 Fevral 2018 17:08 (UTC+04:00)

Adanada dəhşətli hadisə baş verib.

A24.Az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı Sedat Keser adlı gənc qonşusunun 3 yaşlı qızına təcavüz edib.

Hadisə qonşuluqdakı toy məclisi zamanı baş verib.

Küçədəki toya gedən Sedat Keser, bir müddət oynayan insanları seyr etdikdən sonra toy evinə girib. İddiaya görə Sedat Keser uşağın otaqda anası tərəfindən yatırıldığını görüb. O, həmin otağa girib öz paltarlarını və daha sonra uşağın paltarlarını çıxarıb. Manyak daha sonra uşağa təcavüz etməyə başlayıb.

Bu anda toydakı dəvətli şəxslərdən biri təsadüfən evə girib. Həmin an o S.Keseri çılpaq şəkildə uşağın yanında görüb. Evin qarşısındakı kərpic parçasını əlinə alan kişi Kesərə hücum edib. Səs-küyü eşidən digər qonaqlar da manyaka hücum çəkib linç etmək istəyiblər. Şübhəli Sedat Keser, alt paltarlarıyla evdən çıxıb küçədə qaçmağa başlayıb. Məhəllədəkilərin, qonaqların və polisin qovduğu şübhəli, çox uzaqlaşmadan tutulub. Azyaşlı qız isə təcili yardım maşını ilə xəstəanaya aparılıb və müalicə olunub. Nəzarətə alınan Sedat Keser səhiyyə idarəsinə çarşafa sarılı halda gətirilib.

3 yaşlı qızın ailəsi və qohumları tibb mərkəzində S.Keserə yenidən hücum etmək istəyiblər, ancaq polis arxa qapıdan cinayətkarı oradan uzaqlaşdırıblar. Keser, polislərin qorumasıyla zirehli jilet geyindirilərək məhkəməyə gətirilib.

Hadisəyə etiraz edən 50-yə yaxın qurup günahkarın edam olunmasını istəyib. Kiçik qızın ailəsiylə eyni məhəllədə yaşayan cinayətkar verdiyi açıqlamasıyla hər kəsi şoka salıb:

"Otaqda bizdən başqa heç kəs yox idi. Hadisəni gerçəkləşdirdim. Hadisə zamanı qız ağlayırdı. Bu an bir neçə nəfər otağa girdi və məni çölə çıxarıb polis bölməsinə apardılar. Çox peşimanam".

Məlumatda bildirilir ki, S.Kesər digər məhkumlar tərəfindən linç edilməməsi və intihar etməməsi üçün tək nəfərlik kamerada saxlanılır. Onun kamerada 24 saat təhlükəsizlik kameraları tərəfindən izlənildiyi və davamlı nəzarət altında tutulduğu da bildirilib.//Unikal.org