Məşhur prodüser vəfat etdi

13 Yanvar 2018 10:14 (UTC+04:00)

Britaniyalı quruluşçu rəssam, ikiqat Oskar mükafatı laureatı Terens Marş Kaliforniyadakı evində vəfat edib.

T.Marş "Şouşenqdən qaçış", "Qırmızı oktyabrın ovu" və "Yaşıl mil" filmlərin art-direktoru olub. "Doktor Jivaqo"(1965) və "Oliver"(1968) filmlərdəki işinə görə rəssam iki Oskar mükafatına layiq görülüb.

T.Marş karyerasına 2001-ci ildə son qoyub. Onun son filmi "Pik saatı-2" filmi olub.