Boğaz ağrısından qurtulmağın SADƏ YOLLARI

12 Yanvar 2018 19:00 (UTC+04:00)

Soyuq havalar başlayan kimi boğaz ağrısı şikayətləri də artır. İngilis qulaq, burun, boğaz həkimi Alasdair Macenin boğaz ağrısından qurtulmaq üçün etməli olduğumuz və olmadığımız məqamlar barədə məsləhətlərini təqdim edir.

Lazımdır:

Boğazdakı vəzləri yumşaltmaq üçün duzlu su ilə qarqara edin.

Lazım deyil:

Aspirin immunitet təsirini azaldacağı üçün ondan istifadə etməyin.

Lazımdır:

Çay için. Çay boğaz quruluğu yaratmadan sağaldır.

Lazım deyil:

Alkoqolik içkilər və qəhvə içməyin. Alkoqol və kafein bədəninizin susuz qalmasına səbəb olur.

Lazımdır:

C vitamini almaq üçün portağal, sink almaq üçün istiridye yeyin.

Lazım deyil:

Xəstə ikən çox danışmayın. Bu, boğazınızı daha pis hala gətirə bilər.

Lazımdır:

Mərkəzi isitmə sisteminin quruducu təsiri ilə savaşmaq üçün hava nəmləndirici istifadə edin.

Lazım deyil:

İnfeksiya sağalmadan qətiyyən siqaret çəkməyin. Ailem.az