Gürcüstanda keçmiş həyat yoldaşını döymüş azərbaycanlı azadlıqdan məhrum olunub

12 Yanvar 2018 17:58 (UTC+04:00)

Gürcüstanın Rustavi şəhər Məhkəməsi keçmiş həyat yoldaşına qarşı zorakılığa yol vermiş azərbaycanlının işinə baxıb.
APA-nın yerli bürosunun Gürcüstan Baş Prokurorluğuna istinadən verdiyi xəbərə görə, H.M. adlı şəxs 2017-ci ilin oktyabrın 19-da Qardabanidə keçmiş həyat yoldaşına onun yaşadığı evin qarşısında hücum edərək fiziki güc tətbiq edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi oktyabrın 20-də Qardabani rayonunun Vaxtanq kəndində Azərbaycana qaçmağa cəhd edərkən saxlayıb. Məhkəmə azərbaycanlını ona qarşı irəli sürülmüş ittihamlar üzrə günahkar hesab edərək 10 ay müddətinə azadlıqdan məhrum edib.