Qeyri-neft sektorunun ixracı 22 faiz artıb

12 Yanvar 2018 17:07 (UTC+04:00)

2017-ci ilin yanvar-noyabr aylarında 1 milyard 386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur.

Qeyd edək ki, ötən il ölkənin qeyri-neft sektorunun ixracında ilk onluğu energetika sektoru əsas yeri tutur. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda Azərbaycan Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi", "Det-al Alüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ASC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "Geofizika və Geologiya İdarəsi", "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC, "Naxçıvan MR Dövlət Energetika Agentliyi" və "Azərbaycan Dəmir Yolları" QSC təmsil olunurlar.