Süni intellekt elementli yeni robot it təqdim olunub

12 Yanvar 2018 19:33 (UTC+04:00)

Yaponiyanın "Sony" şirkəti süni intellekt elementləri ilə təchiz edilən yeni "aibo" elektron robot itini təqdim edib. Şirkət 2006-cı ilədək əvvəlki nəsil robotları eyni adla buraxıb, lakin onların adı böyük hərflərlə - "AIBO" yazılıb. Böyük it ölçüsündə yeni qurğular daha realistik xüsusiyyətlərə malikdir. Onlar hürə və oynaya, qulaqları tərpədə, pəncə uzada, bel, baş və boyuna tumarlamalara reaksiya verə bilirlər.  

Məlumata görə, "aibo" itləri onlara sahiblərini və yad insanları fərqləndirməyə, eləcə də enerji doldurulan qurğuya yolu müstəqil müəyyənləşdirməyə imkan verən iki kamera ilə təchiz olunub. İtlər daim internetə qoşulu olur və bu tipli digər qurğularla məlumat mübadiləsi edirlər ki, bu da onlara yeni bacarıqlara tez yiyələnməyə imkan verir. Robot itin qiyməti 214 min yeni (təxminən 1,9 min dollar) təşkil edir. Lakin ondan istifadə üçün qiyməti 870 dollara bərabər üçillik internet planına qoşulmaq tələb olunur.

"aibo" sözü "süni intellekt" anlayışı və yapon dilində "dost" sözü birləşməsindən yaranan abreviaturadır. "ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən xəbər verir.