2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması mühüm hadisədir

12 Yanvar 2018 16:51 (UTC+04:00)

"Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması mühüm hadisədir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev səsləndirib. O, bildirib ki, bu qərar cəmiyyətimizdə çox yüksək qarşılanır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Xalq Cümhuriyyəti ilə qürur duyur.

"Dövlət başçısının Prezident bu qərarı Azərbaycanın tarixinə yüksək qiymətin göstəricisidir. Hesab edirəm ki, bu il çərçivəsində Xalq Cümhuriyyətinin 100 illiyi yüksək səviyyədə qeyd olunacaq"-deyə, deputat qeyd edib.