Paytaxtda soyğunçu saxlanıb

12 Yanvar 2018 16:01 (UTC+04:00)

Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Əli Babayevin 40 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Siyavuş İbrahimov saxlanılıb. Araşdırma aparılır.