Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycan iqtisadiyyatının inişafının əsasını təşkil edir

9 Yanvar 2018 16:31 (UTC+04:00)

Eldəniz Səlimov: "Yeni nəsil iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizin bölgələrində əhəmiyyətli dərəcədə inkişaf davam edir"

Müstəqil Azərbaycanın sürətli inkişafı, onun iqtisadi imkanlarının artması, eləcə də ölkədə işsizlik probleminin həlli və əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" respublikanın hər bir bölgəsində uğurla, nəzərdə tutuıan plana uyğun şəkildə icra edilir. İstər iri şəhərlər, istər paytaxtda kifayət qədər uzaq olan bölgələr, istərsə də ucqar dağ rayonlarında proqram çərçivəsində qarşıya qoyulan məqsədlər, hədəflər reallaşdırılır. Respublikanın hər bir bölgəsində olduğu kimi Xaçmaz rayonunda da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" əvvəlki proqramlar kimi uğurla icra edilir.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının dinamik inkişafını, əhalinin yüksək həyat səviyyəsini təmin edən dövlət siyasəti Xaçmazda da uğurla reallaşdırılır. Dünya ölkələrində dərinləşən iqtisadi və maliyyə böhranı şəraitində dövlətimizin başçısının tapşırığına əsasən əhalinin maddi rifahının təmin olunması, əlavə iş yerlərinin açılması istiqamətində rayonda bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.

Təkcə sözügedən proqramın icrasının ilk illərində, aha dəqiq desək 2015-ci ilin sonlarına qədər olan müddətdə rayon icra hakimiyyətinin tabeliyində olan kommunal təsərrüfat müəssisələrində 110, Xaçmaz Regional Qaz İstismarı İdarəsində 201, "Azərbaycan Dəmir Yolları" QSC üzrə 60, Meliorasiya və Su Təsərrüfatı ASC üzrə 18, "Azərişıq" ASC üzrə 18 və digər təşkilatlar üzrə cəmi 465 yeni iş yeri açılıb və bu proses davam etməkdədir.

Dövlət Proqramının icrası çərçivəsində əhalinin kommunal problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, tədbirlər həyata keçirilib. Belə ki, Xaçmaz şəhərinin Bakı prospektində və Seyidlikəndyeri kəndində 35/10 KV-luq elektrik yarımstansiyaları tikilib istifadəyə verilib. Bu da Xaçmaz şəhəri və ətraf kənd ərazilərinin, Nabran istirahət zonasında abonentlərin və çoxsaylı turizm obyektlərinin elektrik təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradıb.
Rayon əhalisinin təbii qazla təchizatı, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də əhəmiyyətli işlər görülüb. İl ərzində 23 kəndə "mavi yanacaq" verilib. Hazırda 2 yaşayış məntəqəsində qaz çəkilişi davam edir.
2015-ci ildə 7 min 500 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən 10 kilometr uzunluğunda Qusarçay-Pirquluoba-Yeni həyat avtomobil yolu tikilib istifadəyə verilib. Bundan başqa ümumi sahəsi 523 hektar olan "Yalama Aqropark"da 1000 başlıq iribuynuzlu heyvandarlıq kompleksi, gücü saatda 5000 ton olan yem zavodu tikilib. 10 hektar ərazidə müasir istixana kompleksi yaradılıb, 100 hektar sahədə meyvə bağının salınıb ki, bu da daxili tələbatın ödənməsində mühüm əhəmiyyət kəsb edir. Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Xaçmaz rayonundan Milli Məclisə deputat seçilmiş Eldəniz Səlimov da təmsil etdiyi rayonda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nın uğurla icra edildiyini deyib. "OLAYLAR"-a verdiyi müsahibədə millət vəkili proqram çərçivəsində müxtəlif sahələrdə görülən işlərlə bağlı məlumat verib.

-Eldəniz müəllim, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nın icrasının artıq sonuncu ilidir. Proqramın icrası və bu istiqamətdə görülən işləri, həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz?

-"Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial- iqtisadi dövlət Proqramı"nın icrası uğurla həyata keçirilir. Yeni nəsil iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizin bölgələrində əhəmiyyətli dərəcədə inkişaf davam edir. Hərtərəfli dövlət dəstəyi ilə əhatə olunan qeyri-neft sektorunun dövlət proqramına uyğun olaraq sürətli inkişafı davam etməkdədir. Fermerlər özlərinə əməxsus torpaq sahələrindən daha səmərəli istifadə edir, məhsuldarlığı artırmaq üçün səy göstərir, hətta xarici bazarlara çıxışını təmin etməyə çalışırlar. "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial- iqtisadi dövlət Proqramı" ölkəmizin iqtisadiyyatının geüclənməsinə təkan verdi və növbəti illər üçün prioritet sahələr müəyyənləşdirdi.

-Bu dəfəki Dövlət Proqramının icrası zamanı sizcə əsas priroritet nə idi və qarşıya qoyulan hədəflərə nail olunurmu?

-Dövlət proqramının icrası əsasən proqramda nəzərdə tutulan hədəflərə nail olmaqdan ibarətdir. Son dövlət proqramında əsas prioritet şaxələnmiş iqtisadiyyatın inkişafı qarşıya qoyulmuşdur. Burada qeyri-neft sektorunun inkişafı daha əhəmiyyətli olduğu üçün dövlətimiz kənd təsərrüfatının inkişafına daha çox önəm verdi. Kənd təsərrüfatının pambıqçılıq, ipəkçilik, üzümçülük, tütünçülük, bağçılıq, çayçılıq sahələrinin inkişafı üçün dövlətimiz tərəfindən göstəriləın qayğının nətricəsidir ki, bu sahələrin inkişafı Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Dövlət proqramında qarşıya qoyulan hədəflərə çatmasını göstərir.

-Proqramın icrası çərçivəsində millət vəkili seçildiyiniz Xaçmaz rayonu ilə bağlı da müəyyən tədbirlər nəzərdə tutulurdu. Bu illər ərzində Xaçmazda Dövlət Proqramı çərçivəsində hansı tədbirlər həyata keçirllib, infrastruktur layihələri reallaşdırılıb?

-Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq Xaçmaz rayonunda da xeyli işlər görülmüşdü. Bir sıra yol infrastrukturu həyata keçirilir. Əhalinin su və kanalizasiya sistemi ilə təmin olunması davam etdirilir, Xaçmaz rayonunda aqropark istifadəyə verilir, yarasız vəziyyətdə olan məktəb binaları yeniləri ilə əvəz olunur, bu müddət ərzində bağçılıq inkşaf etdirilir. Xaçmaz şəhərində və kəndlərdə abadlıq quruculuq işləri yüksək zövqlə həyata keçirilir. Xaçmaz şəhəri muzeylər şəhərinə çevrilmişdir. Turizm sahəsində xeyli işlər görülüb. Təkcə bu ilin əvvəlində 8 minə qədər əhali yaşayan kəndlərin yol infrastrukturunun asfaltlaşmasına başlanması üçün Möhtərəm Prezidentimiz sərəncam verib.

-Ümumiyyətlə, 2004-cü ildən mərhələli şəkildə icra olunan bu proqram respublikanın, eləcə də Xaçmazın simasını necə dəyişib?

- Ardıcıl həyata keçirlən dövlət proqramının uğurlu icrası ölkəmizin paytaxtını elə dəyişib ki, qədim arxitektor binalarla müasir binaların uzlaşması çox yüksək səviyyədə həyata keçirilib, müasirlik və qədimlik paytaxtda bir birinə qovuşur. Ölkəmizə gələn qonaqların və turistlərin təəssüratları ilə desək Bakı şəhəri Avropanın ən inkişaf etmiş şəhərləri ilə müqayisə edilir. Təkcə ölkə paytaxtı yox, regionların da abadlıq quruculuq işləri sürətlə həyata keçirilir. Rayon mərkəzləri abadlaşaraq müasir təmiz gözəl şəhərə çevrilib. Xaçmaz şəhəri Respublikamızın hər yerində olduğu kimi müasir gözəl bir şəhərə çevrilib, əhalinin istirahətinin təşkili üçün bir sıra müasir üslubda tikilmiş parklar fəaliyyət göstərir. Bir daha qeyd etmək istəyirəm ki, Xaçmaz şəhəri ilə bərabər kəndlərimiz də abadlaşır, müasir infrastruktur layihələrin həyata keçirilməsi davam etdirilir.

-Bəs, qarşıdakı planlar nədən ibarətdir və rayonda proqramın icrasının sonuncu ilə çərçivəsində nə kimi işlər görüləcək?

-Dövlət proqramına uyğun olaraq 2018-ci ildə də müəyyən işlərin həyata keçirilməsi qarşıya qoyulub. Bunlar başa çatmamış layihələrin başa çatdırılması, kənd təsərrüfatı rayonu olduğu üçün Xaçmazda kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, standartlara uyğun məhsul istehsalını təmin etməkdən ibarətdir.

-Ümumiyyətlə, Dövlət Proqramının icrası Azərbaycana nə verdi?

-Ümumiyyətlə dövlət proqramının icrası Azərbaycan iqtisadiyyatının inişafının əsasını təşkil edir.Müxtəlif illərdə uyğun layihələr həyata keçirilir. Şaxələnmiş iqtisadiyyatın inkişafı təmin olundu. Ölkəmiz idxalçı ölkədən ixrac edən ölkəyə çevrildi. Sənayenin inkişafı sürətləndi. Dünya standartlarına uyğun məhsul istehsalı artdı. Ölkəmizə gələn turistlərin sayı xeyli çoxaldı. Ölkəmizdə stabillik və sabitlik dayanıqlı oldu. və bunun nəticəsində bir sıra beynəlxalq layihələrin Azərbaycanda həyata keçirilməsinə nail olduq. Dünya əhəmiyyəli konfranslar, simpoziumlar, konsertlər, idman yarışları və s ölkəmizdə keçirilməsinə nail olduq. Xarici ölkələrdə ticarət evlərinin yaranmasına nail olduq. "Made in Azerbaijan" brendinin təşviqinə başladıq. Qəbul olunan dövlət proqramları gələcəkdə də ölkəmizin inkişafına xidmət edəcək, dövlətin müəyyənləşdirdiyi prioritet məsələlərin həllinin həyata keçirilməsinə önəm verəcəkdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir