Elnarə də Röyaya "müharibə" ELAN ETDİ: "Ayıbdır vallah..." - FOTO

13 Dekabr 2017 09:12 (UTC+04:00)

"Altın kelebek" mükafatı Türkiyədən çox Azərbaycanda səs-küy yaradıb.

Milli.Az xəbər verir ki, Nigar Camalın yanında olarkən əməkdar artist Röya Ayxanı təbrik etməməsi ilə başlayan müzakirə instaqramda kəllə-çarxa çıxıb. Nigarı ikiüzlülükdə günahlandıran Röya sözarası ötən həftələrdə onun Türkiyədəki fəaliyyətini kiçiltməyə çalışan İradəyə də söz atmağı unutmayıb.

Onun bu hərəkətinə təbii ki, İradə də reaksiyasız qalmayıb, o da sözlərini elə instaqramdan yazıb. Bütün bunları kənardan izləyən "W-trio"nun keçmiş üzvü Elnarə Xəlilova da qonşudan "qalma dala" prinsipini əldə tutaraq İradəyə dəstək verib və sözlərini belə ifadə edib:

"Ayıbdır vallah. Gərək elə özümüzü biabır edək? Sadəcə deməyə söz tapmıram. Əslində hər şeyi özün aydın yazmısan..." (publika.az)