Abşeronda iki evdə yanğın olub

14 Noyabr 2017 18:55 (UTC+04:00)

Abşeron rayonunda yanğın hadisəsi baş verib. FHN-in saytının verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 m2 sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə və 1 ədəd plastik pəncərə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Apa.az