İrandakı zəlzələ Nurgülü qorxutmadı - "Qayıtmayacağam"

14 Noyabr 2017 20:03 (UTC+04:00)

"Gözəl cin" filminin çəkilişi üçün Tehranda olan türk aktrisa Nurgül Yeşilçay da İran-İraq sərhədində baş vermiş zəlzələnin dəhşətindən danışıb.  Aktrisa zəlzələ vaxtı oteldə olduğunu deyib: "Çəkilişdən yenicə qayıtmışdım. Otağımda dincəlirdim. Qəfil zəlzələ oldu, silkələnmə başladı. Dərhal otelin qəbul şöbəsinə zəng etdim. "Qorxulu heç nə yoxdur" dedilər. Çox şükür, yaxşıyam. Çəkilişləri bitirmədən qayıtmayacağam". 

Qeyd edək ki, İran-İraq sərhədindəki zəlzələ nəticəsində 400-dən çox insan dünyasını dəyişib. Axşam.az Türkiyə mediasına istinadən xəbər verir.