“Müsyö Jordan və dərviş Məstəli şah” Muğam Mərkəzində təqdim edildi

14 Noyabr 2017 16:31 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrı 144- cü mövsümündə Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah"  tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, tamaşanın quruluşcu rejissoru, Şuşa Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Loğman Kərimovdur.

Tamaşanın səhnəyə qoyulmasında məqsəd, gənc nəslə yeni formatda M.F. Axundov yaradıcılığını müasir dövrə uyğun çatdırılmasıdı.

"Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasında Teymur Məmmədov, Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Hamlet Qənbərov, Yaşar Muradov, Ruhiyyə Həsənova, Mobil Qurbanov, Azad Məmmədov çıxış ediblər.

Tamaşada Mirzə Ələkbər Sabirin "Bəhri- təvil" və Səməd Mənsurun "Həpsi rəngdir","Gülməlidir"qəzəllərindən istifadə olunub.