Türkiyə vətəndaşını vuran sürücü saxlanıb

14 Noyabr 2017 16:01 (UTC+04:00)

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də Türkiyə vətəndaşı Nevzat Çakıcının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Nissan" markalı avtomobilin sürücüsü - Şirvan şəhər sakini Fəqan Həsənli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.