Rakitiçi ver, Marsialı al

12 Oktyabr 2017 20:10 (UTC+04:00)

"Barselona"nın futbolçusu İvan Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər. Xorvatiyalı yarımmüdafiəçi ilə "Mançester Yunayted" yaxından maraqlanır.  "Mankunianlar" Rakitiçi yayda heyətlərinə qatmağı planlaşdırırlar. Klub rəhbərliyi bu keçidin baş tutması üçün qarşı tərəflə oyunçu dəyişikliyi etməyə hazırdı. Belə ki, Premyer Liqa təmsilçisi Rakitiçin qarşılığında "Barselona"nın transfer gündəmində olan Anton Marsialı Kataloniyaya göndərməyə razıdı.  "Barselona" rəhbərliyi bu təklifə hələ münasibət bildirməyib.

Qeyd edək ki, Rakitiç 2014-cü ildən "Barselona"nın uğurları üçün çalışır. Marsial isə 2015-ci ildən "Mançester Yunayted"in üzvüdü. Apasport.az