9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü

12 Oktyabr 2017 19:41 (UTC+04:00)

İngiltərədə 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqu yeyib. Qəflətən uşağın vəziyyəti pisləşib və dünyasını dəyişib. Hadisə Londonun şimalındakı Harrou rayonunda baş verib. 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqdan bir dilim yeyib və halı pisləşib. Uşağı təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. 5 gündən sonra isə Nainika dünyasını dəyişib.
Həkimlər bildiriblər ki, uşağın yumurta və soyaya qarşı allergiyası olub. Bu səbəbdən vəziyyəti pisləşib. Ölkə.az