Pentaqon nümayəndəsi: "ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş sayır"

12 Oktyabr 2017 18:04 (UTC+04:00)

ABŞ Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm". Bunu ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper deyib. O bildirib ki, ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş hesab edir: "Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. 94 azərbaycanlı əsgər Əfqanıstanda fəaliyyət göstərir, sabitlik və təhlükəsizliyin təminatına töhfə verir. Azərbaycan hökumətinin müxtəlif təmsilçiləri ilə görüşlər keçirdim. Buraya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Sərhəd Qoşunları və Prezident Administrasiyası daxildir. Müzakirələrimiz ABŞ-ın Əfqanıstan və Cənubi Asiyada tətbiq etdiyi, sülhməramlıların yerləşdirilməsinə dair yeni yanaşma ilə bağlı oldu. Bu yeni yanaşmaları Azərbaycan rəsmiləri ilə müzakirə etdik". Apa.az