“Microsoft Outlook” proqramında aşkar edilmiş boşluq məlumat itkisinə səbəb olur

12 Oktyabr 2017 19:32 (UTC+04:00)

"Microsoft Outlook" proqramı vasitəsilə göndərilmiş və "S/MIME" standartı üzrə şifrlənmiş elektron məktubların tərkibi poçt müştərisindəki boşluq səbəbindən təhlükə altındadır. "SEC Consult" şirkətinin təhlükəsizlik mütəxəssisləri cari ilin oktyabrında sözügedən boşluğu aşkar ediblər. "CVE-2017-11776" boşluğu "Outlook" proqramına elektron məktubu həm şifrlənmiş, həm də şifrlənməmiş formada göndərməyə imkan verir. Elektron poçt trafikini izləmək imkanına malik haker istəkdən asılı olaraq məktubun tərkibini oxuya bilər. Sözügedən boşluq "S/MIME" standartının köməyi ilə şifrlənmiş məktublara aiddir. Həmçinin boşluq daxil olan məktublara deyil, yalnız göndərilən məktubları əhatə edir; boşluq sadə mətn formasında göndərilmiş məktublara aiddir, həmçinin belə məktuba cavab vermək cəhdi zamanı özünü göstərir. Bundan başqa, "SMTP" serverlərdə "Outlook"dan istifadə edən istifadəçilər təhlükə altındadır. Həmçinin məktubu qəbul edənin poçt müştərisi məktublara önbaxış funksiyasına görə təhlükə altındadır. "ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən xəbər verir.