Muğam Mərkəzində “Muğam axşamları”

12 Oktyabr 2017 16:04 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamları" adlı layihənin ikinci mərhələsinin ilk konserti keçirilib. "Olaylar" bildirir ki, konsertdə "Bayatı-Kürd" və "Mahur-Hindi" muğamları səslənib. İlk olaraq səhnəyə əməkdar müəllimi Qəzənfər Abbasov çıxaraq muğamın inkişafından və keçirilən muğam konsertlərinin gələcək nəsilə verdiyi töhvələrdən danişıb. Gecədə tanınmış xanəndələr Hüseyn Məlikov və Kamilə Nəbiyevanı  "Muğam" instrumental ansamblı müşayiət edib. Onlar "Mahur-Hindi" muğamını səsləndiriblər. Daha sonra xanəndə Abgül Mirzəliyevin ifasında "Bayatı-Kürd" muğamı səsləndi.

Qeyd edək ki,layihə noyabrın 1-də "Orta-Mahur" və "Rahab" muğamlarının səslənməsi ilə davam edəcəkdir.