Portretlərin canlandırılması üçün alqoritm yaradılıb

12 Oktyabr 2017 19:17 (UTC+04:00)

Tel-Əviv Universitetindən olan alimlər qrupu ilə "Facebook" sosial şəbəkəsinin nümayəndələri tərəfindən hazırlanmış alqoritm şəkil və insan portretlərini canlandırmağa imkan verir.

Hazırda insanın mimikası və hərəkətləri haqda məlumatlar toplayaraq onları rəqəmli şəklə keçirməyə, bundan sonra isə başqa insan və ya personajın üçölçülü modelinə daşımağa imkan verən müxtəlif metodlar mövcuddur. Adətən belə məlumatlar insanın bədəninə bərkidilmiş kameralar üçün çoxsaylı markör və ya xüsusi datçiklərin köməyi ilə toplanılır. Filmlərdə kompüter qrafikasından istifadə zamanı məhz belə yanaşmadan istifadə olunur.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, İsrail alimləri tərəfindən təklif edilmiş texnologiya insan şəklini canlandırmağa imkan verir. İş prosesində alqoritm videodakı insanın mimikasını şəklə daşıyır və yekun nəticənin daha real görsənməsi üçün proqram, həmçinin animasiyalı təsvirə müəyyən detallar əlavə edir.

Alimlərin fikrincə, təklif edilmiş texnologiya "Facebook" sosial şəbəkəsində profil üçün animasiyalı şəkillərin yaradılmasında istifadə edilə  bilər. Həmçinin belə şəkil layk və digər reaksiyalara müvafiq şəkildə reaksiya verəcək.