Bel nahiyəsindəki piyləri necə əridək?

12 Oktyabr 2017 18:55 (UTC+04:00)

Bütün korpusla edilən hərəkətlər

ayaqlarınızı bir qədər aralı, əllərinizi isə belinizə qoyun;

çiyinlərizi bütün korpusunuzla sağa, sonra isə sola çevirin;

bədənin aşağı hisəsi hərəkətsiz qalır.

Əyilmələr

düz dayanın, ayaqlarınız bir qədər aralı stula oturaraq kimi əyiln;

əllərinizi sağ budunuza doğru bitişik vəziyyətdə saxlayın;

düz durun, sol buda doğru əllərinizlə yarımdairə təsvir edin;

ayağınıza buda doğru qaldırın.

Velosiped

uzanın, ayaqlarınızı dizdən qatlayaraq yuxarı doğru qaldırın;

sağ dirsəyiniz sol dizə, solu isə sağ dizə doğru hərəkət elətdirin.

Yan üstə qalxmalar

bir yanınız üstündə uzanaraq, əlinizi başınızın altına qoyun;

çiyinlərinizi aralı saxlayın;

hər iki tərəfə korpusunuzu bir neçə dəfə çevirin.

Ayaqla edilən hərəkətlər

döşəməyə sağ yanınız üstündə uzanın;

ayağınızı qaldıraraq hər tərəfə hərəkət etdirin;

sağ tərəfə dönərək eyni hərəkəti təkrarlayın.

Dartınmalar

yerə oturun ayaqlarınızı aralı qoyun;

qollarınızı dirsəkdən qatlayın və onlara söykənin;

çiyinlərinizi düz saxlayın;

dizlərinizi çiyinlərinizə doğru düz bucaq altında saxlayın, baldırlarınız döşəməyə paralel şəkildə olmalıdır;

ayaqlarınızı döşəməyə toxundurmadan qabağa uzadın;

yenidən ayaqlarnızı çiyinə doğru qaytarın, əvvəl 5, daha sonra 15 dəfə təkrar edin.

Oturub qalxmalar

Yarı oturan şəkildə bir neçə dəfə əyilib qalxın.