Karlos Tevez və Quarin komandadan uzaqlaşdırıldı

13 Sentyabr 2017 18:54 (UTC+04:00)

Qustavo Poyetin istefasından sonra "Shanghai Shenhua" Vu Tzinsunu baş məşqçi postuna gətirib. Yeni çalışdırıcı artıq sərt üzünü göstərməyə başlayıb. Vu tanınmış futbolçular Freddi Quarin və Karlos Tevezi komandadan uzaqlaşdırıb. "Tevezə planlarım barədə məlumat veriləcək. Amma hazırda fiziki cəhətdən hazır deyil və meydana çıxmayacaq. Karlos və Tevezin artıq çəkisi var. Nəticələr və oyunçulara görə məsuliyyət daşıyıram. Komandanın uğurları üçün mümkün olan hər şeyi etməyən heyətə salınmayacaq. Bir sıra ulduz futbolçuların məşqçisi olmuşam. Onların ad-sanı mənim üçün əhəmiyyət daşımır" - çinli mütəxəsis qeyd edib.

Bu mövsüm Çin Superliqasında 12 oyuna çıxan Tevez 2 qol vurub. Quarinin aktivində isə eyni sayda oyuna 6 dəfə fərqlənib. Goal.az