Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçirdi

13 Sentyabr 2017 18:27 (UTC+04:00)

Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmada müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz olaraq aksiyası keçiriblər. Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Musəvi Myanmada müsəlmanlara qarşı zorakılığa son qoymağa, dünya ictimaiyyətini diqqətini bu faciəyə yönəltməyə çağırıb.

Aksiyaya Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarından da vətəndaşlar və din xadimləri qatılıb. Aksiya iştirakçıları "Myanmada müsəlmanların soyqırımına yox!" şüarı səsləndiriblər.

Aksiyaya Gürcüstan Yevangelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili də qatılıb. O da Myanmadakı hadisələri kəskin pisləyib. Aksiyanın sonunda qətnamə qəbul olunub. Sənəd BMT-nin Gürcüstandakı nümayəndəliyinə təqdim ediləcək. Virtualaz.org "Qruziya-onlayn"a istinadən xəbər verir.