Mehriban Ələkbərzadənin “Cəza” – sı festivalda nümayiş olundu

13 Sentyabr 2017 16:47 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI "Tuqanlıq" Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib. "Olaylar" bildirir ki, teatr festivalda Tamara Vəliyevanın "Cəza" mono tamaşası ilə çıxış edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

"Cəza" tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Azərbaycan Respublikasının Əməkdar artisti Kəmalə Hüseynova ifa edir.