Azərbaycanda ilk dəfə - Britaniyanın məhşur teatr tamaşaları Park Cinemada

13 Sentyabr 2017 12:47 (UTC+04:00)

Sentyabrın 13 - də British Councilın TheatreHD layihəsi çərçivəsində Park Cinema Flame Towersdə ilk dəfə dünyada məhşur teatr tamaşaları böyük ekranda göstəriləcək.

"Olaylar" bildirir ki, layihə çərçivəsində "Amadeus" tamaşası izləyicilərə təqdim olunacaq. Axşam saat 19:00-da başlayacaq tamaşa antraklarla birlikdə 2 saat 30 dəqiqə davam edəcək.

Filmin rejissoru Maykl Longhurstin yeni quruluşda təqdim etdiyi tamaşada canlı orkestr musiqisi səslənir.

Park Cinemada nümayiş oluncaq tamaşalar Londonda və Britaniyada ən çox uğur qazanmış tamaşalardır.

Həmçinin Park Cinema kinoteatrlar şəbəkəsində artıq 2 aydır uğurla həyata keçirilən sərgi filmlərinin də davam etdiriləcəyi təsdiqlənib. Belə ki, Van Qoq, Mikalenjelo, Leonardo kimi tanınmış rəssamların əsərlərini böyük ekranda göstərilməsi tamaşaçıların rəğbətinə səbəb olmuş, və onların xahişi ilə Park Cinemada "Munk 150", "Rembrant", "Matis", "Mane: kətana həkk olunmuş həyat" və digər sərgi filmləri də nümayiş olunacaq.